DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var
16.12.2022
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi "Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.