21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türk polkovnik:Azərbaycana qarşı alçaq bir oyun gedir

16.12.2022

Qərbin ikiüzlü siyasəti artıq daha açıq və kəskin mərhələyə keçib. Hazırda Azərbaycana, Türkiyəyə və türk dünyasına qarşı çox alçaq bir oyun gedir. Çünki indi dünyada şər mərkəzlərinin qabağında yalnız türklər dayanır. Sözügedən mərkəzlər bizim dirçəlməyimizi, güclənməyimizi özlərinə təhlükə kimi görürlər. Ona görə mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər.

 Bu sözləri açıqlamasında artıq beşinci gündür ki, Şuşa-Xankəndi yolunda davam edən aksiyaya bəzi ölkələr tərəfindən Azərbaycanı ittiham edən münasibət bildirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Ankara və Bakının heç vaxt geri addım atmayacağını vurğulayıb.

"Azərbaycanlılar haqlı şəkildə Ermənistana, separatçılara və onlara dəstək olanların Qarabağdakı mədənləri qanunsuz şəkildə istismar etməsinə, oranı talamasına qarşı çıxır. Əgər dünyada beynəlxalq hüquq normal şəkildə işləsəydi, Qərb Ermənistanı və onun qanunsuz əməllərinə şərik olanları qınamalı, təzyiq göstərməli idi. Bunlar Azərbaycanı Xankəndi yolundakı mitinqlə Qarabağdakıları "humanitar fəlakət”ə sürükləməkdə günahlandırır, ancaq Ermənistanın müharibə cinayətləri törətməsinə, 10 noyabr bəyanatını pozmasına, cəmi bir il əvvəl istehsal olunmuş minaların rus sülhməramlıların gözü qarşısında yenidən yollara döşəməsinə və baş verən partlayışlar nəticəsində soydaşlarımızın yaralanmasına, şəhid olmasına, həyatını itirməsinə göz yumurlar, səslərini belə çıxarmırlar. Vasitəçi kimi Ermənistanın və Qarabağdakı separatçıların cinayətlərini, Qarabağdakı təxribatları dayandırmalı olan ölkə birinci növbədə Rusiyadır. Aydın məsələdir ki, əgər Rusiya istəməsə, Ermənistanda yarpağı belə oynatmaq mümkün deyil. Amerika, Fransa, Rusiya, İran üzdə düşmən görünürlər, lakin məsələ Azərbaycan, Türkiyə və türk dünyası olanda tez birləşirlər. Dolayısı ilə baş verənlər artıq bizi o qədər təəccübləndirmir. Çünki onlar da özlərinə yaraşanı edirlər. Lakin dəqiq bilməli olduqları bir şey var ki, biz heç vaxt geri addım atmayacağıq. Cəmi iki gün öncə Türkmənistanda üçtərəfli Zirvə Toplantısı oldu, önəmli qərarlar verildi. Səbirli, güclü, təmkinli və bir olmalıyıq. Qarşımıza əfsuslar olsun ki, belə maneələr çıxır və çıxacaq. Amma inanıram ki, çətin günlərimizin bitməsinə az qalıb”, - deyə polkovnik qeyd edib.