Xankəndi yolunda aksiyaçılar bu şüarı səsləndiriblər
15.12.2022
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin ölməsi, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndiriblər.
"DM"-nın verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.
Onlar aksiyada "Mina terroruna son!” şüarını səsləndiriblər.