Xankəndidə Arutyunyan-Vardanyan savaşı gedir - VİDEO
15.12.2022
"Hazırda Xankəndidə iki cinayətkar qrup müharibədədir”.
Bunu Baku TV-yə açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
O bildirib ki, bunlardan biri Ruben Vardanyanın, digəri isə Arayik Arutyunyanın qrupudur:
"Arayik Arutyunyanla Ruben Vardanyan fərqli dövlətlərin agentura şəbəkəsinə bağlıdırlar. Burada konkret Qərblə Rusiyanın agenturası savaşır. Bu, Ruben Vardanyanın leqallaşdırılması, Arayik Arutyunyanın da siyasi məhvi savaşıdır. Bu proses nəticəsində Xankəndi əhalisi məcbur qalır ki, sarılsın Ruben Vardanyana. Onlar istəyirlər ki, qondarma rejimin rəhbəri Vardanyan olsun”.