Vaşadze: Ölkəni “Oğru arzusu” idarə edir
23.10.2018
"Dövran Media" xəbər verir ki, bunu Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze deyib. Onun sözlərinə görə, hökumət ölkəni 90-cı illərin metodlarıyla yönəldir:
"Ölkəni silahlı qruplaşma idarə edir, hansı ki, seçki ilə dəyişdirilməlidir. İnsanlar "Rustavi 2” və digər televiziyaların yaydığı səs yazılarından dəhşətə gəlirlər. Biz ölkəni "Oğru arzusu” idarə edir. Hətta qanuni oğruların belə bəzi qaydaları var, amma onlar üçün heç bir qanun yoxdur”.
Qeyd edək ki, Vaşadze hazırda Gürcüstan prezidentliyinə ən real namizəd sayılır. Onu Vahid Milli Hərəkat Partiyası xüsusi aktivliyi ilə dəstəkləyir. Vaşadzedən sonrakı yeri hakimiyyətin dəstəklədiyi müstəqil namizəd olan Salome Zurabişvili tutur.