Tayvanda güclü zəlzələ baş verib
15.12.2022
Tayvanın şərq sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Çin adasının seysmoloji xidməti məlumat yayıb.
Zəlzələnin episentri təxminən 350 min insanın yaşadığı Hualien şəhərindən 29 km aralıda, ocağı isə dənizin 5,7 km dərinliyində olub.
Titrəyiş bir sıra şəhər və rayonlarda hiss olunub. İtki, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.
Mənbə: TASS