Amerikadan Rusiyaya barışıq TƏKLİFİ
09.02.2018
Birləşmiş Ştatlar Rusiya ilə münasibətləri bərpa etmək istəyir
Dovran Media Zelv.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti
Rusiya ilə münasibətləri bərpa etməyə hazır olduqlarını bildirib. Belə mövqe
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Xezer Nauert tərəfindən
göstərilib. - Biz bu əlaqəni yenidən qurmaq istəyirik, çünki qarşılıqlı maraq
doğuran bir çox sahələr var, - deyə vurğulayıb. Eyni zamanda, o, hazırda Moskva
ilə Vaşinqton arasındakı əlaqələrin çətin və mürəkkəb olduğunu və ən aşağı
nöqtədə dayandığını söyləyib.