İranda 3 azərbaycanlı edam edilib
14.12.2022
İranın Mərkəzi əyalətinin Ərak şəhərində narkotik maddələrin alverində günahlandırılan 5 məhkum edam edilib.
"DM" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilir ki, edam edilənlərdən 3-ü Azərbaycan əsilli Məhəmməd İmani, Ehsan Nasiri və Mustafa Kaşinidir, digər iki məhkmun kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
İran məhkəmə sistemi və mediası edamlar barədə hər hansı məlumat yaymayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.