İranda daha 6 jurnalist mühakimə olunacaq
14.12.2022
İranda dekabrın 19-da 6 jurnalist və siyasi fəalın məhkəmə iclası keçiriləcək.
"DM" xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Bildirilir ki, Zəhra və Hoda Tohidi, Əlirza Xoşbəxt, Vida Rəbbani, Həmidrza Əmiri və Ruhullah Nəxəi adlı jurnalistlər "hökumətə qarşı təbliğat” və "ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq”da ittiham ediliblər.
Qeyd edək ki, etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalist həbs edilib. Onlardan bəziləri girov qarşılığında sərbəst buraxılsa da, 35 jurnalist həbsxanalarda saxlanılır.