21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu il DSMF-nin gəlirləri və xərcləri artıb

13.12.2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 11 ayında proqnozla müqayisədə 1,3 faiz və ya 63 mln. manat artaraq 5 mlrd.118 mln. manat olub.

Nazirlikdən  verilən xəbərə görə, yanvar-noyabr aylarında Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz və ya 355 mln. manat artaraq 4 mlrd. 798 mln. manat təşkil edib.

DSMF-yə sosial sığorta daxilolmaları 11 ayda proqnozla müqayisədə 4,2 faiz və ya 165 mln. manat artaraq 4 mlrd. 79 mln. manat olub.