Lukaşenko yeni xarici işlər naziri təyin edib
13.12.2022
Sergey Aleynik Belarusun xarici işlər naziri təyin edilib.
"DM" xəbər verir ki, bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.
Buna qədər Aleynik xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey noyabrın 26-da vəfat etmişdi.