Ukrayna polisi Kiyevdə rusiyalı deputatın 11 mənzilini aşkar edib
13.12.2022
Ukrayna Milli Polisi Kiyev şəhərində Rusiya Dövlət Dumasının deputatına məxsus 11 mənzil aşkar edib.
"DM"xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti "Telegram”da məlumat verib.
Ukrayna hüquq-mühafizə orqanları Rusiya Dumasının deputatını ölkənin ərazi bütövlüyünə qəsd etməkdə şübhəli olması barədə qiyabi məlumatlandırıb. Kiyevdə deputata məxsus 11 mənzil tapılıb və həmin mənzillərdə axtarış aparılıb.
Deputatın adı qeyd olunmayıb, lakin onun 1968-ci ildə Mariupolda anadan olması və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarında iştirak etməsi barədə məlumat yerləşdirilib.
Göstərilən bu əlamətlərə isə "Vahid Rusiya” partiyasını Dumada təmsil edən deputat Dmitri Sablin uyğun gəlir.