Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri bir arada
22.10.2018
Türküstan vilayətinin Sarıağac şəhərində Özbəkistan, Qazaxıstan və Rusiya prezidentləri Şavkat Mirziyoyev, Nursultan Nazarbayev və Vladimir Putinin üçtərəfli qeyri-formal görüşü olub.
Özbəkistan Prezidenti mətbuat xidməti xəbər verir ki, görüşdə bu ölkələr arasında əməkdaşlıq, o cümlədən iqtisadi-ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin istiqamətləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi olub.
Xatırladırıq ki, Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri zamanı ölkələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı 20 sənəd imzalanıb. Regional Əməkdaşlıq üzrə birinci Özbəkistan-Rusiya Forumunda isə iqtisadi-ticarət və sərmayə qoyuluşu sahələrində 27,1 milyard dollar dəyərində 785 ikitərəfli saziş və memorandum imzalanıb.