21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tarif Şurasının səlahiyyətləri azaldılır

13.12.2022

Tarif Şurasının səlahiyyətləri azaldılır.

"DM" xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir.

Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.

İndiyə qədər tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilib.