Türkiyə Müdafiə Nazirliyi Heydər Əliyevi anıb
12.12.2022
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə anıb.
Bu barədə Nazirliyin "Twitter” səhifəsində paylaşım edilib.
"Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya tanıdan Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə rəhmət və ehtiramla yad edirik”, - deyə paylaşımda qeyd olunur.