ETSN: Bu ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb
12.12.2022
Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb.
"DM" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, buna görə indi orda aktivistlər aksiya keçirir və etirazlarını bildirirlər.
"Əsas tələb yataqlarımızın istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır”, - nazir müavini əlavə edib.