Türkiyədə yayımlanan "Savaşçı" serialının son bölümündə Xocalı faciəsi barədə süjet hazırlanıb
22.10.2018
"Dövran Media"ölkə.az-a istinadən xəbər verir ki, serialda azərbaycanlı zabit rolunu canlandıran aktyor Kənan MM bir səhnədə Xocalı faciəsi barədə geniş məlumat verib. Ssenariyə uyğun olaraq yüzbaşı Bəxtiyar Yörük Haydara Xocalı faciəsi barədə məlumat verir.
Kənan MM sayta məsələ ilə bağlı açıqlamasında deyib:
"Gəldiyim gündən istəyirdim Xocalı haqqında bir səhnə olsun. Mən də rejissor və ssenaristdən xahiş etdim ki, bu seriala Azərbaycanda da baxırlar, bu fürsəti, imkanı dəyərləndirmək, Xocalı faciəsini bir daha işıqlandırmaq, 80 milyonluq Türkiyə cəmiyyətinə bir daha Xocalı faciəsi haqqında məlumat vermək lazımdır. Özüm də filmdə türkcə danışdım ki, nəinki Türkiyə, hətta bütün türkdilli dövlətlərdə başa düşülsün. Rejissor və ssenarist mənə tam sərbəstlik verdilər".