Səfir: Hazırda Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişini müzakirə edir
09.12.2022
"Avropa İttifaqı Azərbaycan hökuməti ilə həm ikitərəfli formatda, həm də Avropa Şurası çərçivəsində uğurlu əməkdaşlıq edir”.
"DM" xəbər verir ki, bunu Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş Avropa Şurasının Bakıdakı Ofisi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O bildirib ki, Aİ və AŞ eyni dəyərləri bölüşür və bunlar qanunun aliliyi, demokratiya və insan haqlarıdır.
Səfir qeyd edib ki, iki təşkilat bir-birinin təcrübəsindən faydalanır: "Bildiyiniz kimi, bu ilin iyulunda Aİ və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzaladı. Hazırda Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişini müzakirə edir. Bu yeni sənəd bizə əməkdaşlığımız daha da genişləndirməyə, yeni sferaları əhatə etməyə imkan verəcək”.