21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş nazir “Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”

09.12.2022

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq və dərman qiymətlərinin artmasının səbəbini açıqlayıb. 

"DM"-nın məlumatına əsasən, baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb. 

"Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, - deyə o əlavə edib. 

Dərman vasitələrinin bahalaşmasına gəlincə, Əli Əsədov deyib ki, ölkədə son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. 

"Bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Ona görə də, bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Onu da deməliyəm ki, Azərbaycanda həyati vacib əhəmiyyətli dərmanların təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”, - deyə baş nazir bildirib.