Əli Əsədov: “Şəhid ailələri və müharibə əlillərinə dəstək davam etdiriləcək”
09.12.2022
"İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.
"DM"-nın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, ilkin hesablamalara görə, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur.
"Bunun 58%-i azad edilmiş ərazilərə yönəldiləcək”, - deyə baş nazir əlavə edib.
Baş nazir deyib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra, son 2 ildə "Böyük Qayıdış” layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib.
Əli Əsədov 2023-cü ildə Azərbaycan hökuməti şəhid ailələri, müharibə əlillərinə dəstəyi davam etdirəcək.