Zaxarova: Minsk Qrupunu bu ölkələr dəfn ediblər
08.12.2022
ABŞ və Fransa özləri Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri "üçlüyünün” işini dayandırıb.
"DM" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qiymət verib. Həmsədrlər kimi Vaşinqton və Paris bu ilin fevralında saxta bəhanələrlə Moskva ilə əməkdaşlıqdan imtina ediblər. Onlar bu addımları ilə Minsk Qrupu formatını dəfn etdilər”, - diplomat bildirib.
O qeyd edib ki, Rusiya ilə Qərb arasında əməkdaşlığın pozulması kontekstində Cənubi Qafqaz təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələri də təxirə düşüb:
"Danışıqların 56-cı raundu 9 aylıq fasilədən sonra baş tutub və növbəti raund bu ilin dekabrına planlaşdırılsa da, sonradan 2023-cü ilin fevralınadək təxirə salınıb”.