Baş prokuror: Qarabağda təbii sərvətlərin qanunsuz istismarı yolverilməzdir
08.12.2022
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Moskvada rusiyalı və erməni həmkarı ilə üçtərəfli görüşdə Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
"DM" xəbər verir ki, Baş prokuror 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.