21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda spirtdən kütləvi ZƏHƏRLƏNMƏ

22.10.2018

İranda oktyabrın 19-dan bu günədək spirtli içkilərdən zəhərlənmə nəticəsində 40 nəfər Bəndər Abbasın müalicə mərkəzlərinə müraciət edib.
 İranın Hörmüzqan Vilayəti Tibb Elmləri Universiteti və Səhiyyə və Müalicə Xidmətləri ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri doktor Fatimə Novruzianın  sözlərinə görə, zəhərlənmə nəticəsində müraciət edənlər 15-50 yaşlar arasındadır. İndiyədək bir nəfər həyatını itirib, 2 nəfər də reanimasiya şöbəsinə yerləşdirilib.
Novruzian bu müddət ərzində spirtli içkilərdən zəhərlənmə nəticəsində 19 nəfərin böyrəyində nöqsanlar səbəbindən dializ edildiyini deyib: "Pasiyentlərdən 18 nəfəri müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıb". 26 sentyabr-4 oktyabr müddətində spirtli içkilərdən zəhərlənmə nəticəsində 268 nəfər Hörmüzqan vilayəti xəstəxanalarında yatırılıb, 22 nəfər isə həyatını itirib.