21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfirimizdən Araikin müsahibəsinə sərt reaksiya

08.12.2022

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Frans-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin "rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

"DM" xəbər verir ki, diplomat bu barədə Tvitterdə yazıb.

"Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin "Frans-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva vurğulayıb.