Fuad Nağıyev: “Turizm sahəsinin inkişafı üzrə 10 istiqamət hədəflənib”
08.12.2022
"Növbəti dövr üçün turizm sahəsinin inkişafı üzrə 10 istiqamət hədəflənib”.
"DM" xəbər verir ki, bunu "Azərbaycan Turizm Sammiti - 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib:
"Bizim hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Fikrimcə, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq. Bunun da 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək”.
O qeyd edib ki, bu ilin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub və turizm sənayesi 50 faiz bərpa olunub.