Ukraynanın diplomatik nümayəndəliklərinə bu sayda şübhəli bağlama göndərilib
07.12.2022
Son günlərdə Ukraynanın 15 ölkədəki diplomatik nümayəndəliyinə 31 dəfə şübhəli bağlama göndərilib.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Facebook" hesabındakı paylaşımında qeyd edib.
"Diplomatlarımıza qarşı təhdid davam edir. Son 2 gün ərzində İtaliya, Polşa, Portuqaliya Rumıniya və Danimarkadakı səfirliyimizə, həmçinin Qdanskdakı konsulluğumuza şübhəli bağlamalar göndərilib. Ümumilikdə, 15 ölkədə 31 belə hal baş verib", - deyə XİN başçısı qeyd edib.
O, şübhəli bağlamaların eyni zamanda Avstriya, Vatikan, Macarıstan, İspaniya, Qazaxıstan, Niderland, ABŞ, Fransa, Xorvatiya və Çexiyadakı Ukrayna diplomatik nümayəndəliklərinə göndərdiyi bildirilib.
Kuleba bütün bağlamaların üzərində göndərən tərəf kimi eyni ünvanın - Almaniyanın Sindelfigen şəhərindəki Tesla dilerliyinin qeyd edildiyini bildirib.