21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mərkəzi Bank: Naxçıvanda filial açmaq istəyən bank olarsa, müraciətinə baxılacaq

07.12.2022

Naxçıvanda filial açmaq istəyən bank olarsa onların müraciətinə baxılacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Mərkəzi Bankdan qeyd ediblər ki, "Banklar haqqında” qanuna əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Bankın filialının açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir.

"Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir ("Aqrarkredit” QSC BOKT və MM "FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa qanunvericiliyə uyğun olaraq baxılacaq",- deyə AMB-dən əlavə ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev "APA-Economics"ə açıqlamasında Naxçıvanda yeni bank filiallarının artmasının səbəbini bölgələrdə iqtisadi aktivliklə əlaqələndirmişdi.