21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Matçda kütləvi dava: xəsarət alanlar var - Azərbaycanda +VİDEO

22.10.2018

Region Liqasının III turu çərçivəsində bu gün keçirilmiş "Kürmük" 0-0 "Şəki" qarşılaşması zamanı kütləvi dava baş verib.
"Dövran Media" xəbər verir ki, nəticədə 3 futbolçu qırmızı vərəqə alaraq, meydandan qovulub, onlardan biri isə, aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib.
İnsident haqqında daha ətraflı məlumat almaq üçün hər iki komandanın Facebook-dakı rəsmi səhifələrinə müraciət etdik. "Kürmük" komandasından sualımızı cavablandırmasalar da, "Şəki" komandası premyer.az saytına aşağıdakı açıqlamanı verib:
"Oyunun gedişatı zamanı "Kürmük" komandasının kapitanı 34 yaşlı Ramin Hacıyev dəfələrlə söyüş söyərək, aranı gərginləşdirib. Şəxsinə qarşı da yönəldilən söyüşlərə dözməyən "Şəki" komandasının 8 nömrəli futbolçusu Nəriman İmayətov Ramini vurub. Bundan sonra oyunçular arasında dava düşüb. Bu vaxt şəkililərin 4 No-si Süleyman Məmmədov futbolçuları ayırmağa çalışıb. Nəticədə 3 futbolçu hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub. Bunlar - "Kürmük" komandasının kapitanı Ramin Hacıyev və "Şəki" komandasının futbolçuları - Süleyman Məmmədov və Nəriman İmayətov olub.
Oyunun final fiti səsləndikdən dərhal sonra meydan sahiblərinin azarkeşləri meydana daxil olaraq, kütləvi davaya səbəb olublar. Nəticədə qonaq komandanın bütün futbolçuları və bəzi azarkeşləri fiziki hücümlara məruz qalaraq, döyülüb. Demək olar ki, "Şəki" komandasının bütün futbolçuları xəsarət alıb. Bunlardan biri - Süleyman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən daha bir nəfər isə, "Şəki" komandasının azarkeşi olub.
Dava nəticəsində "Şəki" komandasının kapitanı da bel nahiyəsindən zədə alıb və ev şəraitində müalicə olunur.
Hadisənin videonusunu təqdim edirik.