Kreml Almaniyada dövlət çevrilişinə cəhdlə bağlı xəbərə münasibət bildirib
07.12.2022
Almaniyada dövlət çevrilişinə cəhdə hazırlıqla bağlı vəziyyət bu ölkənin daxili işidir.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Almaniya tərəfinin də vurğuladığı kimi Rusiyanın məsələyə heç bir müdaxiləsinin olmadığını deyib.
"Güman ki, bu Almaniyanın daxili problemidir və özlərinin də dediyi kimi Rusiyanın hər hansı müdaxiləsindən söhbət belə gedə bilməz. Bu barədə biz mətbuatdan xəbər tutduq. Bu barədə deməyə sözümüz yoxdur”.