Belarus nümayəndə heyəti İranda nə edir?
07.12.2022
Tehranda İran və Belarus arasında məhkəmə və siyasi əməkdaşlığı inkişaf etdirmək üçün birgə konsulluq iclası keçirilib.
"DM" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Görüş İran Xarici İşlər Nazirliyinin bəzi rəsmiləri, hər iki ölkənin Ədliyyə Nazirliyi, Beynəlxalq Polis və Sərhəd Polisinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Görüşdə məhkəmə-hüquq sahəsində əməkdaşlıq, iki ölkə vətəndaşlarına vizaların verilməsinin asanlaşdırılması, sərhəd əməkdaşlığı, insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, habelə məhkumların köçürülməsilə bağlı sənədin yekunlaşdırılması kimi müxtəlif məsələlər müzakirə olunub.
Qeyd edək ki, İranın Rusiyaya silah satışı fonunda Belarus rəsmilərinin səfəri diqqət çəkib.