21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanın turizm brendinə yeni elementlər daxil ediləcək

07.12.2022

"Yaxın Şərq və Mərkəzi Asiyadan olan turistləri cəlb etməyi prioritet seçmişik”.

"DM" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında deyib.

O bildirib ki, xüsusən Asiya bazarlarını cəlb etmək çətindir:

"Lakin brendimiz sayəsində oradan turizm axınına nail ola biləcəyimizə inanıram. Əvvəl Azərbaycanı, sadəcə, neftinə görə tanıyırdılar. İndi isə brendin yeni elementləri var. Xüsusən də yaşıl iqtisadiyyat, milli ənənələr, mətbəxə köklənməliyik. Həmçinin 2023-cü ildə brendə yeni elementlər daxil edəcəyik”.

Florian Zenqstşmid onu da qeyd edib ki, 2022-ci ildə qlobal turizm geri qayıdıb:

"Təxminlər göstərirdi ki, turizm sahəsində geri dönüş olacaq. Lakin bu qədər sürətli olacağını gözləmirdik”.