03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rüşvətə görə həbs edilən gömrük əməkdaşının cəzası azaldılıb

07.12.2022

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.

"DM"-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Qərara əsasən, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin sabiq baş inspektoru Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib.

Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, məhkum edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

Orxan Zöhrabova və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.

Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb.