Ziyafət Əsgərov: Bu bank əməliyyatlarının qarşısını almağa çalışırıq
07.12.2022
"Terrorçuluğa qarşı mübarizə tədbirləri bu gün bütün dünyada aparılır. Mübarizə təkmilləşdirilsə də, terrorçuluq da artır, müxtəlif üsullarla tətbiq edilir".
"DM" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, ən çox belə cinayətlər bank köçürmələri zamanı həyata keçrilir: "Biz terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını almağa çalışırıq. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”.