Abramyan: Qarabağ tamamilə Bakının nəzarətinə keçir
07.12.2022
Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən dəhlizə nəzarət etmək cəhdləri kifayət qədər mürəkkəb vəziyyət yaradıb.
"DM" xəbər verir ki, bunu erməni analitik Tiqran Abramyan deyib.
"Azərbaycan Ermənistandan Qarabağa və geriyə yük daşımalarının həyata keçirilməsinə ən azı nəzarət funksiyasını əldə etmək üçün ciddi çalışır. Bunun Rusiya tərəfi ilə birgə, yoxsa başqa formatda həyata keçirilməsi önəmli deyil. Bu addım Ermənistan və Qarabağın "təhlükəsizlik sisteminə” böyük zərbə olacaq. Bu, Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi üçün böyük addımdır. Azərbaycan Ermənistan hökumətinin susması ilə Qarabağa təzyiqləri artırır və bizim üçün arzuolunmaz prosesləri sürətləndirir”, - o bildirib.