21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı Laçın dəhlizindəki posta bu yolla nəzarət edəcək

07.12.2022

Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Laçın dəhlizinin girişinə mini-gömrük postunun quraşdırılacağına dair açıqlaması Xankəndidəki separatçı-terrorçuların tör-töküntülərini ciddi narahat edib.

Artıq iki gündür ermənilər sülhməramlılarla görüşür, məsələni aydınlaşdırmaq istəyir.

Separatçıları narahat edən əsas məsələ gömrük keçid məntəqəsinin Azərbaycan tərəfindən quraşdırılması ehtimalıdır. Lakin sülhməramlılar onları əmin edib ki, bu, rusların nəzarət edəcəyi gömrük postu olacaq.

Daha sonra separatçı rejim, ümumiyyətlə, keçid məntəqəsinin quraşdırılmayacağı haqda məlumatlar yaymağa başladı. Lakin Ermənistan mediası məsələnin artıq razılaşdırıldığını yazır.

Əslində Volkovun də açıqlamasından hər şey aydındır. Sülhməramlıların komandanı mini-gömrük postunun qurulması ilə bağlı Azərbaycanla razılaşma olduğunu bəyan edib. Hərçənd, o, gömrük postunun Azərbaycan tərəfindən qurulacağını, yaxud azərbaycanlıların postda dayanacağını bildirmir. Azərbaycanın Laçın keçidinə post qurması planı var, lakin qurulacaq gömrük postunda bizim dayanacağımız ehtimalı da, hələ ki, zəif görünür.

Burada ən vacib məqam qanunsuz daşımaların qarşısının alınması, gömrük postunun qurulmasından sonra da belə halların baş verəcəyi təqdirdə, Azərbaycanın özünün post qurması zərurətinin artmasıdır.

Məlumatlardan aydın olur ki, gömrük postunda rentgen skanerlər quraşdırılacaq və yoldan keçən avtomobillər bu skanerlərdən keçəcək. Xankəndində belə şaiyələr yayılıb ki, skanerlərin qurulması, yəni postun yaradılması məsələsi hələ müzakirə mərhələsindədir, hərçənd, Volkov artıq razılaşmanın olduğunu açıqlayıb.

"Hraparak” qəzeti isə mənbələrinə istinadən yazır ki, razılaşma var və yaxın dövrdə Laçın dəhlizinin girişinə mini-post - rentgen skanerlər quraşdırılacaq.

Qəzetin əldə etdiyi məlumata görə, Azərbaycan gömrük postunu - rentgen skanerlərdən keçən avtomobilləri onlayn rejimdə izləyəcək, avtomobildəki sərnişinlərə və baqajların içinə nəzarət edə biləcək.

"Bu, əslində ruslarla birlikdə dəhlizə nəzarət deməkdir”, - nəşr qeyd edir.

Bu informasiyanın doğruluq payı daha çoxdur. Çünki Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Mümkündür ki, Bakı, gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçilər dayansa da, Azərbaycanın onlayn rejimdə izləyə biləcək. Razılaşmanın belə olduğu ehtimalı daha böyükdür.