"Bu ağac Hz.İsa ilə eyni yaşdadır"
09.02.2018
Dövran Media Sabah qəzetinə istinadən xəbər bildirir ki, Hollandiyalı bir araşdırmaçı "Ticia Verveer" Manisa Qırxağaçdakı 1656 illik tarixi olan bir zeytun ağacının, 2018 yaşında olduğunu iddia edib. Əgər Ververin karbon testi düzgün çıxarsa, ağac dünyanın ən yaşlı ağacı hesab ediləcək. Əvvəlcə, Hollandiyalı araşdırmaçı Ticia Verveer Qırxağaca gələrək zeytun agacından nümunə götürüb, 2016-cı ildə ölkəsində karbon testi elədiyini və ağacın 2018 yaşı olduğunu Qırxağac meşə idarəsinə yazdığı "tveet"lə məlumat verib. Hz.Məryəmin Berqamadan Efesə gedərkən doğacağı uşaq üçün Qırxağacda bir zeytun ağacı əkdiyini özündə əks etdirən iddia idarədə hər kəsi təəccübləndirib. Artıq bütün heyət ağacın araşdırmalarına başlayıb.