21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Netanyahu dünya ictimaiyyətini dinləməyəcək

21.10.2018

İsrailin baş naziri Binyamin Netanyahu dünya ictimaiyyətinin müdafiəsinə qalxdığı kəndi dərhal dağıtmaq fikrindən bir müddət vaz keçsə də, tezliklə bunun reallaşacağını söyləyib.
"Dövran Median"nın verdiyi xəbərə görə, baş nazir bu kiçik fasilənin Xan əl-Ahmar kəndinin sakinləri ilə onların köçürülməsinə dair sonuncu danışıq aparılması üçün istifadə olunacağını bildirib.
"Xan əl-Ahmar təxliyyə ediləcək. Məhkəmənin qərarı var, bizim siyasət də belədir... Kəndin dağıdılmasını uzun müddət təxirə salmaq fikrində deyiləm. Vaxt çox azdır”, - Netanyahu deyib.
Qeyd edək ki, Qüds yaxınlığında yerləşən və 200 fələstinlinin yaşadığı kəndi İsrail qeyri-qanuni tikili kimi səciyyələndirib və onu yerlə yeksan etmək barədə qərar verib. Dünya ictimaiyyətinin etirazlarına rəğmən, yerli sakinlərin məcburi köçürüləcəyi gözlənilir.