Ən çox qəzaya düşən avtomobillər - Siyahı
21.10.2018
Rusiyada ən çox qəza törədən avtomobillər bəlli olub.
"Dövran Media" xəbər verir ki, bu barədə "auto.ru” saytı araşdırma aparıb.
Məlumata görə, qəzaların sayına görə birinci yeri Audi S5 modeli tutub. Bu model sürücülərinin 43 faizi müxtəlif qəzalara düşüb. İkinci yeri 39 faizlik göstərici ilə Citroen C4 Aircross, üçüncü yeri isə 38.2 faizlə Yaquar X-Type avtomobili tutub.
İlk beşliyə həmçinin Kadillak CTS и Volksvagen Phaeton avtomobilləri daxil olub.
Ən çox qəzaya düşən avtomobil markaları isə Honda, Mazda, Yaquar, BMV və Mersedes markaları olub.