Akar: Azərbaycana təhdid haradan gəlir-gəlsin, tək yumruq olarıq
06.12.2022
Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq.
"DM" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Hulusi Akar Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını səmimi şəkildə arzuladıqlarını vurğulayıb.
"Hardan və kimdən gəlməsindən asılı olmayaraq Türkiyə və Azərbaycana qarşı təhlükə və ya təxribatı hər iki ölkəyə qarşı olduğunu qəbul edirik. Dostumuzu birlikdə dost görür, düşmənimizi də yenə birlikdə düşmən bilirik. Buna kimsənin şübhəsi olmasın", - Türkiyə milli müdafiə naziri deyib.