Bu ölkədə 14 milyon insan ölə bilər
20.10.2018
Yəməndə vəziyyət dəyişməsə, gələcək aylarda 14 milyondan çox insan qida çatışmazlığı ucbatından ölüm riski ilə qarşı-qarşıya qala bilər.
"Dövran Media" xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında Birləşmiş Millətlət Təşkilatının Humanitar Yardım üzrə Kordinasiya Ofisinin sözçüsü Yens Laerke deyib. O, vəziyyətə görə narahatlıq duyduqlarını bildirib.
Laerke daxili müharibənin iştirakçıları olan Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə və husilərə çağırış edərək, humanitar yardımların insanlara çatdırılmasına icazə verilməsini istəyib.
Qeyd edək ki, 29 milyon əhalisi olan Yəmən dünyanın ən kasıb ölkələrindən biridir. 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsi nəticəsində 16 mindən çox mülki vətəndaş həlak olub.