21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Başbuğ: Ukrayna artıq Rusiyanı vurur

06.12.2022

ABŞ Rusiya ilə hər nə qədər sülhlə bağlı müzakirələr apardıqlarını desə də, arxa planda müharibənin davam etməsini istəyir. Rusiyada da eyni vəziyyəti müşahidə edirik. Moskva müharibədə siyasi, hərbi və iqtisadi cəhətdən böyük zərbələr aldı. Vaşinqton da hazırki vəziyyəti əlverişli zaman kimi görərək, təzyiqi daha da artırır.

Bu sözləri Rusiyanın aerodromlarına son iki gündə Ukraynanın PUA-larla təşkil etdiyi hücumlar haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnikin sözlərinə görə, indiki məqamda Rusiya çıxılmaz vəziyyətdədir və getdikcə təklənir:

"Əsas məsələ sözügedən hücumlara Rusiyanın hansı cavabı necə verəcəyidir. Fikrimcə, veriləcək cavabın fərqli nöqtələrə və mərhələlərə keçmə riski var. Çünki edilən hücumların miqyası artıq demək olar ki, sülh danışıqlarının tamamilə rəfə qaldırılmasına səbəb olur. Əgər Rusiya siyasi ağırlığını yenidən ortaya qoymaq və davamlılığını təmin etmək istəyirsə, hücumlara mütləq şəkildə cavab verməli, bunun altında qalmamalıdır. Yəni məsələ Krım körpüsündə mətbuata poza verməklə bitmir. Nəticədə sən Xersonda ciddi bir zərbə aldın və oradan geri çəkilməyə məcbur oldun. Hazırda isə Rusiya Zaporojyedə də vaxt keçdikcə eyni aqibəti yaşayır. Hər kəsi Moskvanın bunu taktiki gediş kimi, yaxud məcburiyyətdən etdiyi sualının cavabı maraqlandırır. Ancaq fikrimcə, hazırda Rusiya sıxılmış vəziyyətdədir. Çünki ciddi itkiləri var və getdikcə yalnızlaşır, çarəsiz vəziyyətə düşür. Ona görə Moskva müharibəni necə davam etdirəcəyinin yollarını axtarır. Əgər nüvə gücü istifadə üçün meydana çıxarsa, bu da çox risklidir və ağır, fəlakətli bir qarşılığı ola bilər”.

Qeyd edək ki, dünən Rusiyanın Saratov vilayətində hərbi aerodroma Ukraynanın PUA hücumu zamanı üç nəfər nəfər rus hərbçi ölüb, dörd hərbçi yaralanıb və iki Tu-95 bombardmançı təyyarə zədələnib. Bu gün isə gecə saatlarında Kursk vilayətində aerodroma və Bryansk vilayətindəki "Slava” zavoduna PUA ilə hücum təşkil olunub.