03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəzərdə suitilər hansı səbəbdən ölürlər?

06.12.2022

Xəzər dənizində suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ola bilər.

"DM" xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov deyib.

"Şimali və Orta Xəzər regionu karbohidrogenlərlə zəngindir. Müxtəlif seysmik hərəkətlər nəticəsində təkanlar, mikro çatlar, nasazlıqlar yaranır və dibdən təbii qaz çıxır. Təbii qaz isə demək olar ki, tamamilə metandır. Suda zəif həll olunur və səthə qalxır. Əgər müəyyən bir anda havada miqdarı həddən artıq olsa, onda suitilər sinir sistemini məhv edən zəhərli qaz olan metanı uda bilərlər”, - Muxametov bildirib.

Qeyd edək ki, son vaxtlar Xəzər dənizinin Dağıstan sahillərində 2,5 min, Qazaxıstanda 131 Xəzər suiti cəsədi aşkar edilib.