İranın onlarla şəhərində tətil başlayıb
06.12.2022
İranın onlarla şəhərində mağazalar, bazarlar, istehsal müəssisələri və əhəmiyyətli iqtisadi mərkəzlər işi dayandıraraq tətilə başlayıblar.
"DM" xəbər verir ki, etiraz aksiyalarının keçirilməsi ilə eyni vaxtda dekabrın 5-dən başlayan 3 günlük tətil aksiyasına iri sənaye və neft-kimiya təsisatlarının işçiləri də qoşulub.
Tehran, İslamşəhr, Ərak, Kirman, İsfahan, Sənəndəc, Urmiya və onlarla başqa şəhərdə baş tutan tətil aksiyaları İslam Respublikasının etirazçılara qarşı repressiyalarına cavab olaraq keçirilir.