“İnşallah, Ermənistan da ağıllanar”
05.12.2022
İnşallah, Ermənistan da ağıllanar və onun da ərazisindən keçəcək nəqliyyat dəhlizlərindən faydalanar.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla sabitlik qovuşa bilməyəcəyini gördü: "Amma biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq. Azərbaycan əhatəli bir sülh müqaviləsi təklif edib, müzakirələrin isə nəticəyönümlü olması lazımdır”.