Çavuşoğlu: Qarabağ məsələsini Azərbaycanın özünün həll etdiyini gördük
05.12.2022
Qarabağ məsələsinin dondurulmuş münaqişə olmadığını, ATƏT-in Minsk qrupunun onu çözə bilmədiyini, Azərbaycanın özünün bu məsələni həll etdiyini gördük.
"DM" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, 44 günlük müharibədə Azərbaycanın Zəfəri ilə nəticələnən münaqişə kimi, bölgədə hələ də qalmaqda olan digər münaqişələrin də sadəcə həll yollarının dondurulmuş olduğunu vurğulayıb.