XİN rəhbərləri Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər
05.12.2022
Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdə Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər.
"DM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz bu mövzuya bir qədər vaxt ayırdıq. Bildirdik ki, sizin dediyiniz kimi, Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri yerlərdə iş aparırlar. Digər hallarda olduğu kimi, azərbaycanlı həmkarlarımızın üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi ilə bağlı meydana gələn bütün sualları bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdəki hərbçilərimiz bununla fəal məşğul olurlar”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "AzerGold” QSC-nin mütəxəssislərinin Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndidə olduqları bildirilmişdi.