Mikayıl Cabbarov türkmənistanlı nazirlə görüşüb
05.12.2022
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov görüş keçirib.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi "Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib:
"Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə ölkələrimiz arasında münasibətlərin inkişafı, iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr apardıq”.