Lavrov Azərbaycanla Rusiya arasında imzalanmış bəyannamədən DANIŞIB
05.12.2022
"Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” Azərbaycanla Rusiya arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edib”.
"DM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündən sonra deyib.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması olub.
S.Lavrov bu tarixi sənədin iki dövlət arasında gələcək əməkdaşlıq vektorunu müəyyən etdiyini bildirib.