İranda öldürülənlərin sayı 471 nəfərə çatıb
05.12.2022
İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 471 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
"DM" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 585-i tələbə olmaqla, 18210 nəfərin saxlanıldığı, onlardan cəmi 3524 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilir.
Etirazçılar ümumilikdə 159 şəhərdə İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib, 143 universitetin tələbələri nümayişləri dəstəkləyiblər