KTMT ölkələrinin spikerləri Moskvaya gediblər
05.12.2022
KTMT ölkələrinin parlamentlərinin spikerləri qurumun Parlament Assambleyasında iştirak etmək üçün Moskvaya səfər ediblər.
"DM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasından məlumat verilib.
Spikerləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin qarşılayıb.
Qeyd edək ki, dekabrın 5-də Moskvadakı İttifaqlar Evinin Kolonna zalında KTMT Parlament Assambleyasının iclası keçiriləcək.